Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan Gəncləri Günü münasibətilə akademiyanın orta ixtisas təhsili pilləsinin və bakalavr təhsil pilləsinin bir sıra tələbəsi “İlin fəal gənci” diplomu ilə təltif olunub.
Tədbirdə BXA-nın rəhbərliyi və müəllim-tələbə heyəti iştirak edib.
Diplomların təqdimetmə mərasiminə başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Günü münasibətilə gənclərə ünvanlandığı təbrik mesajı video-slayd formasında nümayiş olunub.
Tədbir çərçivəsində akademiyanın bakalavr və orta ixtisas təhsili pillələrinin dərslərdə, mədəni-ictimai, ədəbi-bədii və musiqili tədbirlərdə fəal iştirakına görə seçilən bir sıra tələbəsi “İlin fəal gənci” diplomu ilə təltif olunub.
Bu münasibətlə BXA-nın rəhbər heyəti tələbələrə dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Həmçinin mərasimdə magistr elmi-ixtisas dərəcəsi almış tələbələrə də diplomlarla yanaşı, akademiyanın rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunub.
Sonda tələbə və müəllimlərin birgə xatirə fotosu çəkilib.