Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təşkilatçılığı ilə Azərbaycanın
filosof şairi, böyük dramaturqu Hüseyn Cavidin 140 illiyi ilə bağlı Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında onun “İblis” pyesi səhnələşdirib.

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim və şagird heyəti, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri, ictimai fəallar iştirak ediblər.

“İblis” pyesində Hüseyn Cavidin filosof və humanist insan kimi düşüncələrinin açılması, ədalətsiz savaşlara, müharibə səbəbkarlarına nifrət oyatması ideyaları Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin şagirdlərinin ifasında xoreoqrafik kompozisiyalarda öz əksini tapıb.

Məharətlə ifa edilən əsər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.