449486378 491534636624667 8578962897288939610 n 1

Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin şagirdləri üçün müəllimlərinin müşayiəti ilə “Atəşgah məbədi” Dövlət Tarix- Memarlıq Qoruğuna, “Farhouse” Neon Sənət Muzeyinə, Zoologiya Muzeyinə, Milli Tarix Muzeyinə, Quba Soyqırımı Memorial Kompleksinə, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyalar təşkil olunub.

Ekskursiya zamanı şagirdlərə bu qədim abidə və muzeylərin tarixi haqqında ətraflı məlumat verilib. Daha sonra şagirdlər  muzeylərin zallarını gəzərək ekspozisiyalarla tanış olublar.

Muzey bələdçilərinin abidələrlə bağlı verdiyi məlumatlar onların böyük marağına səbəb olub.

 

Comments are disabled