Beynəlxalq Muğam Mərkəzində Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Azərbaycanın dahi bəstəkarı, milli operamızın banisi, görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə “Arşın mal alan” operettasından xoreoqrafik kompozisiyalar əsasında hazırlanmış tamaşa nümayiş olunub.
Konsertdə BXA-nın rəhbərliyi, müəllim-şagird heyəti, incəsənət nümayəndələri iştirak ediblər.
Tamaşanın sonunda BXA-nın tam orta təhsil pilləsinin müəllimi, filologiya elmləri doktoru Aypara Məmmədova çıxış edərək, Ü.Hacıbəylinin həyat və fəaliyyəti, bəstəkar və publisist yaradıcılığı barədə geniş məlumat verib.
Qeyd edək ki, konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

