28–29 mart tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi, Qazaxıstanın “Xoşbəxt ölkənin uşaqları” adlı ictimai fondu və Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Biz bakıttı balamız” adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib.
Müsabiqədə müxtəlif yaş kateqoriyaları üzrə istedadlı iştirakçılar öz bacarıqlarını nümayiş etdiriblər.
11–13 yaş kateqoriyası üzrə çıxış edən Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin VII “Ç” sinif şagirdi Əliyev Müzəffər yüksək nəticə göstərərək I yerə layiq görülüb.

