Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin VII sinif şagirdi Nəciyeva Xədicə Çinin paytaxtı Pekində keçirilən Qızıl Lotos Beynəlxalq Festivalında böyük uğura imza atıb.
O, festival çərçivəsində təqdim etdiyi “Bulaq başı” rəqsi ilə münsiflər heyətinin yüksək qiymətini qazanaraq I yerə layiq görülüb.
Beynəlxalq səviyyəli bu festival dünyanın müxtəlif ölkələrindən istedadlı ifaçıları bir araya gətirərək mədəniyyətlərarası mübadiləyə geniş imkan yaradır. Nəciyeva Xədicənin qazandığı bu nailiyyət Azərbaycan rəqs sənətinin beynəlxalq arenada uğurla təmsil olunduğunu bir daha təsdiqləyir.

