N

Moskva Dövlət Mədəniyyət İnstitutu ali təhsil müəssisəsi kimi yaradılmasının 95-ci ildönümü ilə bağlı yubiley tədbiri keçirib.
Yubiley tədbirində fəxri qonaq qismində Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-Zadə də iştirak edib.
Tədbiri çərçivəsində N. Məmməd-Zadə Moskva Dövlət Mədəniyyət İnstitutunun rektoru Dmitri Sidorov, İnstitutun Mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Nataliya Sinyavina, Tarix və fəlsəfə kafedrasının professoru Yelena Mareyeva və bir neçə mədəniyyət nümayəndəsi ilə görüş keçirib.
Görüş zamanı BXA-nın rəhbəri akademiyada baş verən yeniliklər, beynəlxalq layihələr və ustad dərslərinin mübadiləsi barədə müzakirə aparıb.
Qeyd edək ki, tədbirdə Azərbaycanla yanaşı, bir neçə MDB ölkəsinin mədəniyyət yönümlü təhsil müəssisələrinin rəhbər heyəti də iştirak edib.
Günün sonunda Moskva Dövlət Mədəniyyət İnstitutu tərəfindən konsert proqramı keçirilib.

Comments are disabled