Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-Zadə Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının rektoru Bibigül Nusipjanovanın dəvəti ilə Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasında qonaq olub.
Səfər müddətində N. Məmməd-Zadə Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasında son yeniliklərlə tanış olub. Belə ki, sözügedən akademiya yeni təhsil proqramı çərçivəsində bu il rəqəmsal texnologiyaları tədris prosesinə inteqrasiya edib və bununla da müasir tədris yanaşmalarını təhsil proseslərində tətbiq edib.
Eyni zamanda, Akademiyanın rəhbəri Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının professor-müəllim və tələbə heyəti ilə görüş keçirib. Tərəfdaşlarda tətbiq olunan yenilikləri, dərs metodlarını izləyib, gələcəkdə mövcud əməkdaşlığı daha da genişləndirmək üçün fikir mübadiləsi aparıb.

