Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-Zadə
Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının dəvətilə 15-17 may 2025-ci il tarixlərində “Перспективы культурного сотрудничества народов Узбекистана и зарубежных стран” adlı beynəlxalq elmi-praktiki konfransda fəxri qonaq qismində iştirak edib.
Tədbir çərçivəsində N. Məmməd-Zadə Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru, professor Şuxrat Toxtasimov və bir neçə mədəniyyət nümayəndələri ilə görüş keçirib. Görüş zamanı BXA-nın rəhbəri akademiyada baş verən yeniliklər, beynəlxalq layihələr və ustad dərslərinin mübadiləsi barədə müzakirə aparıb.
Qeyd edək ki, Nailə Məmməd-Zadə Beynəlxalq elmi-praktiki konfransda rəhbər kimi iştirakına görə Sertifikatla təltif olunub.
Tədbirdə Azərbaycanla yanaşı, bir neçə MDB ölkəsinin mədəniyyət yönümlü təhsil müəssisələrinin rəhbər heyəti də iştirak edib.
Xatırladaq ki, Özbəkistan Dövlət Xoreoqrafiya Akadmiyası və Bakı Xoreoqrafiya Akademiyası arasında artıq uzun illərdir ki, təhsil, tədris, elm və yaradıcılıq sahəsində qarşılıqlı əməkdaşlıq mövcuddur.