Aprel ayının 11-də Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin Musiqi sənəti kafedrasının və İctimai fənlər kafedrasının müəllimi, professor Mina Hacıyeva Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasında keçirilən “Elm həftəsi” çərçivəsində “Balet tamaşalarında bədii obrazların yaradıcı təfsiri prosesi” mövzusunda ustad dərsləri keçirib.
Ustad dərslərində Qazaxstan Milli Xoreoqrafiya Akademiyanın professor-müəllim heyəti, balet artistləri, bəstəkarlar, sənətşünaslar və sözügedən ixtisas üzrə təhsil alan tələbələr iştirak ediblər. İnteraktiv formada keçirilən ustad dərsləri boyük maraqla qarşılanıb.
Qeyd edək ki, Mina Hacıyeva “Elm həftəsi” çərçivəsində keçirilən beynəlxalq konfransın plenar iclasında “Mədəniyyət siyasətinin inkişafında siyasi liderlərin rolu” mövzusunda mühazirə ilə də çıxış edib.