Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsinin müəllimi, Q. Qarayev adına respublika müsabiqələrinin I dərəcəli laureatı, Şimali Kipr və Fransada beynəlxalq piano müsabiqələrinin və festivallarının diplomantı Lalə Musayevanın solo konserti keçirilib.
Konsertdə BXA-nın rəhbərliyi və müəllim-tələbə heyəti iştirak edib. Musiqili tədbirdə Azərbaycan, Rusiya və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Konsert II hissədən ibarət olub.
I hissədə dünya şöhrətli bəstəkarların yaradıcılığından musiqi kompozisiyaları, II hissədə isə xoreoqrafik miniatürlər nümayiş olunub.
Qeyd edək ki, konsertin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynlidir.