Azərbaycan bəstəkarı, musiqişünas-alim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə Xalq çalğı alətləri ifaçılarının və xanəndələrin Respublika müsabiqəsi keçirilib.
Müsabiqədə ölkənin müxtəlif bölgələrindən olan gənc musiqiçilər, o cümlədən Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin tələbələri də iştirak ediblər.
Yarışa qatılan BXA tələbələri: Şirxan Nəsirli, Musa İbrahimov, Şamil Həsənli, eyni zamanda, akademiyanın orta ixtisas təhsili pilləsinin müəllimi, respublika və beynəlxalq müsabiqələr laureatı Elnur Cəfərli müsabiqədə aktiv çıxışına görə təşkilatçılar tərəfindən Tərifnamə ilə təltif olunublar.
Qeyd edək ki, Tərifnamələr BXA təmsilçilərinə akademiyanın rəhbərliyi tərəfindən çatdırılıb. Rəhbərlik müəllim və tələbələrin müsabiqədəki çıxışlarını yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğur diləyib.



