Bakı Xoreoqrafiya Akademiyasının Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Məzun Günü keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi anılıb.

Tədbir açıq elan edildikdən sonra isə Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında BXA-ya həsr olunan mahnı səsləndirilib, müxtəlif rəqslər ifa olunub.

Təhsili və fəallığı ilə fərqlənərək BXA-nı bitirən bir neçə məzuna fəxri fərmanlar təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.