Bakı Xoreoqrafiya Akademiyasını (BXA) bitirən orta ixtisas təhsili pilləsinin klassik, xalq və rəqs müəllimi bölmələrinin məzunlarına diplomları təqdim olunub.

Məzunların diplom təqdimatı mərasimində Bakı Xoreoqrafiya Akademiyasının Xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, orta ixtisas təhsili pilləsinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahir Eynullayev və hazırda BXA-da ustad dərsləri keçirən Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının tərbiyə işləri və sosial inkişaf üzrə direktor müavini, Qazaxıstan Respublikasının Əməkdar xadimi Alişeva Alila Tursunbayevna da iştirak edib.

BXA məzunlarına diplomlarını A. Tursunbayevna təqdim edib və onlara ən xoş arzularını çatdırıb.