Fevralın 26-da Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar olaraq Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin müəllimləri Günel Qurbanlı və Günay Məmmədovanın təşəbbüsü ilə şagirdlər Ana harayı abidəsini ziyarət etmişlər.
Ziyarət zamanı müəllim və şagirdlər tərəfindən abidə önünə gül dəstələri düzülmüş, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. Anım mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmış, xalqımızın tarixində silinməz iz buraxmış bu qanlı hadisənin gənc nəslə çatdırılmasının vacibliyi vurğulanmışdır.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, eləcə də tarixi həqiqətlərin unudulmamasına töhfə vermək olmuşdur. Akademiyanın pedaqoji kollektivi tərəfindən belə maarifləndirici tədbirlərin davamlı olaraq təşkili xüsusi əhəmiyyət daşıyır.
Bakı Xoreoqrafiya Akademiyası gələcək nəsillərin milli yaddaş və vətəndaşlıq məsuliyyəti ruhunda formalaşdırılmasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirərək, ümummilli dəyərlərin təbliği istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.









