Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin şagirdlərinə «Yatmış gözəl» balet əsərinə həsr olunmuş təqdimat-dərs keçirilib.
Təqdimatda BXA-nın rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.
Şagirdlərə «Yatmış gözəl» balet əsərinin yaranma tarixi və bəstəkarı P. Çaykovski haqqında Azərbaycan və rus dillərində ətraflı məlumat verilib. Balet əsərinin məzmunu, ümumilikdə təhlili verilməklə yanaşı, şagirdlərin ifasında əsas partiya və variasiyalar videokadrlar şəklində nümayiş etdirilib.
Təqdimat çərçivəsində balet əsərindən musiqi hissələri tam orta təhsil pilləsinin şagirdinin ifasında fortepianoda səsləndirilib.
Sonda «Yatmış gözəl» balet əsəri ətrafında şagirdlərin bilik və mənimsəmə qabiliyyətini yoxlamaq məqsədi ilə sual-cavab aparılıb.