Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə dünyaşöhrətli, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü münasibətilə Musiqi sənəti kafedrasının baş müəllimi Sevda Axundova seminar dərs keçib.
Dərsdə BXA-nın tam orta təhsil pilləsinin müəllim və şagird heyəti iştirak edib.
S. Axundova dahi bəstəkarın həyat yolundan danışıb və Ü. Hacıbəylinin milli musiqimizin inkişafında mühüm xidmətlərindən bəhs edib.
Daha sonra Azərbaycanın görkəmli musiqişünası Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Dərs çərçivəsində S. Axundova dahi bəstəkarın bir sıra əsərlərindən musiqili kompozisiyaları fortepianoda səsləndirib.