Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 12 dekabr – Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə onun həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Filmin nümayişində BXA-nın müəllim-tələbə və şagird heyəti iştirak edib.
Öncə BXA-nın bakalavr, orta ixtisas təhsili və tam orta təhsil pillələrinin tələbə və şagirdləri Ümummilli lider Heydər Əliyevin akademiyada ucaldılan büstü önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Təqdim edilən ekran əsərində Ümummilli liderin həyatının müxtəlif dövrlərini əhatə edən siyasi fəaliyyəti, Azərbaycana və xalqa bağlılığı, elm və təhsil sahəsində apardığı islahatlar, ölkəmizin müstəqil dövlət kimi qüdrətlənməsi, dünya iqtisadi sektorunda inkişaf strategiyası, Qarabağın işğalından azad edilməsi istiqamətində apardığı ardıcıl siyasi fəaliyyətindən bəhs olunub.