Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Heydər Əliyev şəxsiyyəti və milli-mənəvi dəyərlərimiz” mövzusunda respublika elmi konfransı keçirilib.

Elmi konfransda BXA-nın idarə heyəti, müəllim və tələbə kollektivi iştirak edib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra BXA-nın müəllim və tələbələri ”Heydər Əliyev və Azərbaycan təhsil sisteminin inkişaf strategiyası”, “Heydər Əliyev və musiqi mədəniyyəti”, “Azərbaycan teatrı və milli musiqi fenomeni”, “Şərəfli 100 il”, «Heydər Əliyev fenomeni”, “Monumental heykəltəraşlıqda Ümummilli lider Heydər Əliyev obrazı”, “Şərur yallısının qorunub-saxlanılması və təbliğində Heydər Əliyev şəxsiyyətinin rolu”, “Azərbaycan incəsənətinin tərəqqisində Heydər Əliyevin rolu” mövzuları üzrə məruzə ilə çıxış ediblər.

Konfransda qüdrətli Azərbaycan dövlətinin müstəqilliyinin əbədiliyi uğrunda əzmlə çalışan ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini və həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərlə yanaşı, videoçarx da nümayiş edilib.

BXA-nın keçirdiyi “Heydər Əliyev şəxsiyyəti və milli-mənəvi dəyərlərimiz” respublika elmi konfransında iştirakına görə məruzəçilərə Bakı Xoreoqrafiya Akademiyası tərəfindən Sertifikatlar və Yeni Azərbaycan Partiyasının Nəsimi rayon İdarəsi tərəfindən hədiyyələr təqdim edilib.