Bakı Xoreoqrafiya Akademiyasının (BXA) rəhbərliyinə Tamaşalarda rəqslərin səhnələşdirilməsi fənni üzrə akademiyanın İncəsənət fakültəsinin Baletmeyster ixtisasının III kurs tələbələri – Zeynalova Roza, Adıyeva Nəzrin və Nurullayeva Azanın təqdimatında sözügedən fənnin tədrisi metodikasının nümayişi keçirilib.
Təqdimatda BXA-nın tam orta təhsil pilləsinin IV sinif şagirdlərinə dünyaşöhrətli balet ustaları, xoreoqraflar Marqo Fonteyn, Rudolf Nuriyev və Maya Plisetskayanın həyat və yaradıcılığı, səhnədə yaratdıqları möhtəşəm rolları haqqında geniş məlumat verilib.
Təqdimat videoçarx vasitəsilə nümayiş edilən balet-tamaşa əsərlərinin müəllif və bəstəkarları mövzusu ətrafında şagirdlərlə sorğu-sual formasında aparılıb.