SU

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Xoreoqrafiya və musiqi sənətində elmi-nəzəri perspektivlər” mövzusunda Tələbə Elmi Konfransı keçirilir.
Konfransda akademiyanın rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edir. Tədbirin əsas məqsədi xoreoqrafiya və musiqi sənətinin müxtəlif istiqamətləri üzrə elmi yanaşmaların müzakirəsi, tələbələrin araşdırma bacarıqlarının inkişaf etdirilməsi və onların elmi fəaliyyətə təşviq olunmasıdır.
Konfrans çərçivəsində BXA-nın İncəsənət fakültəsinin və orta ixtisas təhsili pilləsinin tələbələri 140-a yaxın maraqlı və aktual mövzularda məruzələrlə çıxış edəcəklər.
Məruzələr sırasında “Xalq yaradıcılıq sistemində rəqslərin funksiyaları”, “Azərbaycan rəqs mədəniyyətinin etnoqrafik əsasları”, “Milli rəqslərdə kostyum və səhnə obrazının estetik xüsusiyyətləri”, “Azərbaycan rəqsi və musiqinin vəhdəti – milli mədəniyyətin bədii ifadəsi”, “Azərbaycan xalq rəqslərinin səhnə təcəssümü”, “Qobustan qayaüstü rəqslərində rəqs motivləri və onların mənası”, “Azərbaycan rəqslərinin janr və növ baxımından təsnifatı” və digər mövzular yer alır.
Elmi konfrans müddətində çıxış edən tələbələr sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının Tələbə Elmi Konfransı 31 mart – 2 aprel tarixlərini əhatə edir.

Comments are disabled