Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsində ümumtəhsil müəssisələrində tədrisin bitməsi münasibətilə “Son zəng” tədbiri keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-şagird kollektivi və valideynlərlə yanaşı, incəsənət və media nümayəndələri də iştirak ediblər.
Tədbirdə tam orta təhsil pilləsinin şagirdlərinin və məzunlarının ifasında təqdim olunan müxtəlif rəqs kompozisiyaları, eləcə də mahnılar iştirakçılar tərəfindən böyük alqışla qarşılanıb.
Əlamətdar gün münasibətilə məktəb direktoru və müəllim heyəti məzun adını qazanan şagirdlərə, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Məzunlar isə öz növbəsində bu illər ərzində onların təlim-tərbiyəsi ilə məşğul olmuş, əziyyətlərinə qatlanmış müəllimlərinə dərin minnətdarlıqlarını bildiriblər. Unudulmaz xatirələri hafizələrində ömürboyu yaşayacaq məzunların çıxışı hamını təsirləndirib.
Tədbir çərçivəsində birincilərə dərs vəsaitlərindən ibarət hədiyyələr təqdim edilib.
Sonda cari ildə tədris ilinin yekun “Son zəng”i çalınıb.