Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Novruz bayramına həsr olunmuş konsert proqramı keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə və şagird heyəti iştirak edib.
Ədəbi və bədii hissədən ibarət olan bayram tədbirində BXA-nın bakalavr, orta ixtisası təhsili və tam orta təhsil pillələrinin tələbə və şagirdlərinin ifasında şeir və rəqs kompozisiyaları təqdim olunub.
Akademiyanın müəllimlərinin quruluşunda təqdim edilən “Ay ləli”, “İgidlər”, “Toy rəqsi”, “Uzundərə”, “Üç meyvə”, “Şən rəqs” və bir sıra digər rəqs nümunələrlə yanaşı “Keçəl və kosa” səhnəciyi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdən sonra akademiyanın şagirdlərinin hazırladığı əl işlərindən ibarət yarmarka təşkil olunub.
Ardınca tədbir iştirakçıları akademiyanın həyətində qalanan tonqal ətrafına, şənliyə dəvət olunublar. Daha sonra isə akademiyanın həyətində tonqal ətrafında şənlik davam etdirilib.