Bakı Beynəlxalq İncəsənət Festivalının təhsil proqramı çərçivəsində tanınmış xoreoqraf-rəqqas Kilan Maklaflin Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin tələbələrinə ustad dərsləri keçirib.
Ustad dərsində BXA-nın müəllim və tələbə heyəti iştirak edib.
Maklaflin tərəfindən keçirilən ustad dərslərində peşəkar yanaşma, səhnə təcrübəsi tələbələrimiz üçün böyük maraqla qarşılanıb. Eyni zamanda, tələbələrə müasir rəqslərdə tətbiq olunan yeniliklər barədə məlumat verilib.
Qeyd edək ki, Kilan Maklaflin ustad dərslərindən sonra Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-zadə ilə görüş keçirib.
Görüşdə BXA-nın rektoru qonağa akademiyanın fəaliyyəti, beynəlxalq və ölkə daxili müsabiqələrdə əldə etdiyi uğurlar və tədris prosesi barədə məlumat verib.
Maklaflin Bakı Xoreoqrafiya Akademiyasında olmağından və ustad dərsləri zamanı tələbə-müəllim heyətinin aktivliyindən
məmnun olduğunu bildirib.