Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Qırğızıstan –Türkiyə Manas Universitetinin İncəsənət fakültəsinin professoru, doktor Gülbeyaz Kürşad və Antalya Belek Universitetinin rektoru, professor, doktor Kamile Akgül bakalavr pilləsinin tələbələrinə ustad dərsi keçiblər.
Ustad dərsində BXA-nın rəhbərliyi və müəllim heyəti iştirak edib.
Ustad dərslərində BXA-nın bakalavr pilləsinin tələbələrinə “Harmandalı” və “Bolu” türk xalq rəqslərinin icra elementləri və əl-qol hərəkətləri öyrədilib.
Fərqli rəqs elementləri və geyim tərzinə görə seçilən “Zeybek” və “Bolu-Krım” türk xalq rəqsləri Gülbeyaz Kürşad və Kamile Akgülün təlimatı ilə tələbələrlə birgə ifa edilib.
Sonda qonaqlara “Bolu Yöresi Türk Xalq Oyunları” ustad dərslərinin həyata keçirilməsində BXA-ya verdikləri dəstəyə görə təşəkkür edilərək, Sertifikatlar təqdim edilib.