Bakı Xoreoqrafiya Akademiyasında (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə BXA-nın müəllim-şagird heyəti, Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev və İTŞ-nin YYÇ-la PİTB-nin inspektorları iştirak ediblər.
Tədbirdə sağlam cəmiyyətin formalaşmasına zidd olan narkotik vasitələrin insan həyatı üçün törətdiyi təhlükədən, bəşəriyyətin qlobal problemlərindən biri olan narkomaniyanın yaratdığı sağalmaz fəsadlardan geniş söhbət açılıb.
Tədbir çərçivəsində gənc nəsli narkomaniyadan çəkindirməkdən ötrü bu kimi zərərli vərdişlərə tutulmuş insanların acı həyat hekayəsi və onların son məqamda keçirdikləri peşmanlıq hislərinə həsr olunmuş videisüjet nümayiş edilib.
Tədbirdə Gənclər və İdman Nazirliyi tərəfindən 1-3 noyabr tarixlərində Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində keçirilən “Kreativ gənclik” adlı düşərgədə fəal iştirakına görə fərqlənən BXA-nın orta ixtisas təhsili pilləsinin bir neçə tələbəsinə Sertifikatlar təqdim edilib.
Sonda polis əməkdaşları tərəfindən tədbir iştirakçılarına vətəndaşlara qarşı kiber üsulla törədilən cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirici tezislər təqdim olunub.