Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarına riayət edək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə BXA-nın tam orta təhsil pilləsinin rəhbərliyi, müəllim və şagird heyəti ilə yanaşı Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin profilaktika üzrə inspektoru, polis mayoru Nurlan Axundzadə və Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı İslam Məmmədov iştirak edib.
Tədbirdə uşaqlara təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə çıxış edən polis əməkdaşları yol hərəkət qaydaları barədə ətraflı məlumat verib.
Azyaşlılara yol nişanları və yol hərəkəti qaydaları, avtomobildə gedərkən təhlükəsizlik kəmərindən istifadə etmək, piyada zolaqlarından düzgün keçid qaydaları, tıxac yarandıqda yolu keçmək qaydası, işıqforun rənglərinin təsnifatı izah olunub.
Tədbir sual-cavab formatında davam edib.