Bakı Xoreoqrafiya Akademiyasında Xoreoqrafiyanın inkişafında müasir tendensiyalar mövzusunda konfrans keçirilib.
Konfransda BXA-nın rəhbərliyi, Rusiyanın Çelyabinsk Dövlət Mədəniyyət İnstitutunun rektoru Sergey Sinetski və institutunun nümayəndə heyəti, Rusiyanın Xalq artisti, Rusiya Rəqs İttifaqının prezidenti Stanislav Popov, M.V Lomonosov adına Moskva Dövlət Universitetinin İncəsənət fakültəsinin Teatr sənəti kafedrasının baş müəllimi Valentin Reşetnikov, Taliat Tarsinov (ABŞ), Əməkdar rəqs ustası Eldar Cəfərov və digərləri iştirak edib.
Konfrans iştirakçıları müasir cütlük rəqsləri, səhnə obrazları və rəqs, xoreoqrafiyanın inkişafında müasir tendensiyalar və digər mövzular ətrafında çıxış ediblər.