Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə heyəti, Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev və idarənin əməkdaşları iştirak ediblər.
Tədbirdə narkotik vasitələrin cəmiyyət üçün yaratdığı ciddi təhlükələr, həmçinin, narkotik maddələrin insan sağlamlığına mənfi təsirləri, narkomaniya və onun digər fəsadlarına qarşı mübarizə yolları barədə geniş məlumat verilib.
Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev bu mövzuda daha ətraflı çıxış edərək, gənc nəsli sağlam həyat prinsiplərinə sadiq qalmağa çağırıb.
Sonda polis əməkdaşları tərəfindən tədbir iştirakçılarına vətəndaşlara qarşı kiber üsulla törədilən cinayətlərin qarşısının alınması məqsədilə də maarifləndirici tezislər təqdim olunub.





