Bakı Xoreoqrafiya Akademiyasında (BXA) İcbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ətrafında İctimai Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi, İctimai əlaqələr şöbəsinin məsləhətçisi Nərgiz Əlimərdanova tərəfindən maarifləndirici tədbir keçirilib.
Tədbirdə BXA-nın əməkdaşları və müəllim kollektivi iştirak edib.
N. Əlimərdanova icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin siyahısı haqqında geniş məlumat verib. Tədbir zamanı BXA-nın əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.