Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Milli dəyərlər və vətəndaşlıq: “Vətən” layihəsi və onun əhəmiyyəti” mövzusunda maarifləndirici təlim seminar keçirilib.
Seminarda BXA-nın rəhbərliyi, müəllim-tələbə kollektivi ilə yanaşı, «Vətən” layihəsinin rəhbəri, yazıçı, publisist Aydın Tağıyev, «Prezident və vitse-prezident»ə İctimai dəstəyin rəhbəri Anar Ağayev, “Vətən” layihəsinin könüllüləri, hüquq-mühafizə orqan işçiləri, təhsil, incəsənət, media nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.
Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Vətən marşı” klipi və “Cənab Ali Baş Komandan” musiqisi əsasında tərtib olunmuş rəqs kompozisiyası (Xalq artisti Cəmilə Bayramovanın quruluşunda) nümayiş olunub.
Qeyd olunub ki, «Vətən” layihəsinin amalı Azərbaycan tarixində qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədi daşıyır:
«Layihənin məramı Vətən müharibəsində canını qurban vermiş şəhidlərin müharibə meydanında əzm və şücaətlə göstərdikləri igidlikləri, vətənə olan sonsuz sevgiləri, yarımçıq qalmış həyat hekayələrinin qələmə alınaraq, gələcək nəsillərə çatdırmaqdır».




