Bakı Xoreoqrafiya Akademiyasında (BXA) orta ixtisas təhsili pilləsinin 2023-2024-cü tədris ilinin məzunlarına diplomlar təqdim edilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə kollektivi, Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru, professor Şuxrat Toxtasimov və Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq artisti, professor Ağaverdi Paşayev də iştirak edib.
Öncə BXA-nın qonaqlarına tədris prosesi barədə məlumat verilib və məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb:
“Əziz tələbələr! Bu gün bizim üçün unudulmaz gündür. Həyatın yeni mərhələsinə qədəm qoymağınız münasibətilə sizə uğurlar arzu edirik. Siz bizim fəxrimizsiniz!”.
Təbrik çıxışlarından sonra məzunlara diplom və hədiyyələr təqdim olunub.
Sonda akademiyanın həyətinə toplaşan məzunlar hava şarlarını və sülh və əmin-amanlıq rəmzi olan göyərçinləri havaya buraxıblar.