Bakı Xoreoqrafiya Akademiyasının Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova akademiyanın pedaqoji heyətinə “Klassik rəqs” fənni üzrə seminar keçirib.
L.Həsənova seminarda klassik rəqs sənətinin incəlikləri və spesifik xüsusiyyətləri barədə ətraflı məlumat verib.
Eyni zammanda, o, klassik rəqs irsinin qorunaraq nəsildən-nəslə ötürülməsi, təbliğ edilməsi, gənc istedadların tanınması, onların bacarıqlarının nümayiş etdirilməsi üçün müəyyən töhfələrini də qeyd edib.
Seminar böyük maraqla qarşılanıb.