15776219565245757427 1200x630

Bakı Xoreoqrafiya Akademiyasında cari tədris ili üzrə imtahan sessiyası davam edir. Sessiya çərçivəsində Akademiyada müxtəlif təhsil pillələri üzrə təhsil alan tələbələr tədris proqramına uyğun olaraq ixtisas və nəzəri fənlər üzrə imtahanlarda iştirak edirlər.

İmtahanlar əvvəlcədən təsdiq edilmiş qrafik əsasında və mövcud normativ tələblərə uyğun şəkildə təşkil olunur. Prosesin şəffaf və obyektiv keçirilməsi məqsədilə imtahanlar müvafiq imtahan komissiyaları tərəfindən nəzarətdə saxlanılır, qiymətləndirmə zamanı müəyyən edilmiş meyar və qaydalara ciddi riayət edilir.

Qeyd edək ki, imtahan sessiyası tələbələrin tədris ili ərzində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İmtahan prosesinin yüksək təşkilatçılıq səviyyəsində həyata keçirilməsi məqsədilə Akademiya rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülmüşdür.

Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi bütün tələbələrə imtahan sessiyası dövründə uğurlar arzulayır və yüksək nəticələr əldə etmələrini diləyir.

 

 

Comments are disabled