Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 2 fevral –Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin fərmanı əsasında 2 fevral tarixinin Gənclər Günü kimi təsis olunması və uğurlu dövlət siyasətində Azərbaycan gənclərinin rolunu əks etdirən videoçarx nümayiş olunub.
Sonra BXA-nın rəhbər və müəllim heyəti Bakı Xoreoqrafiya Akademiyasında təhsil alan, ölkə daxili, eləcə də, beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak edən, akademik göstəriciləri yüksək olan tələbələri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Ardınca isə 2 fevral – Gənclər Günü münasibətilə “İlin fəal Gənci” mükafatlandırma mərasimi keçirilib.
Diplomları təqdimetmədən öncə vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclərlə iş siyasəti bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdirilir:
“Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onlarının problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Bir daha Azərbaycan gənclərini təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!”