Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin şagirdlərinə Mədənniyyət Nazirliyinin «Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı»nın icrası ilə əlaqədar olaraq «Həyatını sağlam yaşa» mövzusunda tədbir keçirilib.
Tədbir çərçivəsində şagirdlərə sağlam həyat tərzi barədə ətraflı məlumat verilib.
Onlara sağlam qidalanma, idman və digər vacib amillərdən danışılıb.