N3

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, tələbə-müəllim heyəti və Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
Maarifləndirici tədbirdə çıxış edənlər “Erkən nikah nədir?” “Onun fəsadları nədən ibarətdir?” mövzusunda ətraflı məlumat veriblər.
Vurğulanıb ki, erkən nikahlarda fiziki və psixoloji cəhətdən hazırlıqsızlıq, qız uşaqlarının təhsildən uzaqlaşdırılması, ailə məsuliyyətinin dərk edilməməsi cəmiyyətdə ciddi problemlərə səbəb olur, ailə institutunun məhvinə aparır.
Tədbirdə erkən nikahın qarşısını almaq üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərdən də danışılıb, eyni zamanda, şagird və tələbələrin də bu mübarizəyə qoşulmasının vacibliyi bildirilib.
Sonda şagird, tələbə və müəllimlərin sualları cavablandırılıb və onlara faydalı məsləhətlər verilib.

Comments are disabled