Mədəniyyət Nazirliyi, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Türk Dünyasında musiqi, rəqs və qlobal musiqi tarixi üzrə İCTMD araşdırma qrupunun birgə layihəsi olan “Mirasın əks sədaları: musiqi və rəqs irsində naviqasiya” mövzusunda beynəlxalq simpoziumun növbəti panel çıxışları Bakı Xoreoqrafiya Akademiyasında keçirilib.
Beş gün hibrid formatında davam edən beynəlxalq simpoziumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Tatarıstan Respublikası (Rusiya) və digər ölkələrdən olan iştirakçıların çıxışları, rəqs və xoreoqrafiya vəhdəti barədə ətraflı təsəvvür yaradıb.
Mədəniyyət və elm xadimlərinin məruzələri ilə yanaşı, əcnəbi qonaqlar BXA tələbələrinin ifasında Azərbaycanın “Cəngi”, “Naz eləmə”, “Qız qalası”, “Odlar yurdu”, “Qaytağı”, eləcə də “Rapsodiya” və digər musiqi kompozisiyalarını böyük maraqla izləyiblər.