Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Novruz bayramı öncəsi 3-cü ilaxır – Yel çərşənbəsinə həsr olunan bayram tədbiri keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə tam orta təhsil pilləsinin şagirdlərinin ifasında yaradılışın əsasını təşkil edən dörd ünsürdən biri olan küləyi, havanı simvolizə edən Yel çərşənbəsinə dair hakışta, atalar məsəlləri, şeirlər və mahnılar təqdim edilib. Novruzun əsas obrazları olan Kosa və Keçəlin atmacalı ibarələri səhnələşdirilib.
Tədbir çərçivəsində tam orta təhsil pilləsinin şagirdlərinin ifa etdikləri rəqs kompozisiyaları və “Ulduz”, “Əhməd haradadır?” kimi Azərbaycan filmlərindən canlandırdıqları bir neçə musiqili fraqmentlər tədbirə xüsusi rəng qatıb.