Bakı Xoreoqrafiya Akademiyasının  (BXA) və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə akademiyada
“Balet günləri” layihəsi çərçivəsində dəyirmi masa keçirilib.
Dəyirmi masada Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi, Azərbaycan Opera və Balet Teatrının əməkdaşları,  mədəniyyət və incəsənət nümayəndələri, eləcə də, akademiyanın müəllim-tələbə heyəti iştirak edib.
Tədbir iştirakçıları “Balet rəqsləri yerli səhnələrdə”, “Milli balet məktəbinin yaranmasında və inkişafında Azərbaycanın ilk peşəkar balerinası Qəmər Almaszadənin müstəsna rolu”, “Azərbaycan baletinin təbliği” və digər aktual mövzularda məruzələrlə çıxış ediblər.
Dəyirmi masa ətrafında gedən müzakirələr zamanı vurğulanıb ki,  oktyabrın 15-dən noyabrın 11-dək davam edəcək “Balet günləri”  çərçivəsində milli balet sənətinin ən parlaq tamaşa əsərlərinin nümayişi, tanınmış balet artistlərinin iştirakı,  elmi konfrans və ictimai müzakirələrin keçirilməsi bu sahəyə  yeni nəfəs verəcək.
Müxtəlif fikir mübadiləsi ilə davam edən dəyirmi masa arxasında xoreoqrafiya sənətinin müasir gündə qarşılaşdığı problemlər və digər aktual mövzular ətrafında da müzakirələr aparılıb.