Balerina 2026 1 scaled e1770364178660

Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin tələbələri üçün 13 fevral 2026-cı il tarixində saat 10:20-də “Balerina” adlı cizgi filminin nümayişi təşkil olunacaq.

“Balerina” cizgi filmi klassik balet sənətinə böyük maraq göstərən gənc bir qızın arzularına doğru atdığı addımlardan, zəhmətkeşliyindən və sənət yolunda qarşılaşdığı çətinliklərdən bəhs edir. Film balet sənətinin incəliklərini, səhnə mədəniyyətini və sənətə sevgi mövzusunu əks etdirərək izləyicilərə motivasiyaedici mesajlar ötürür.

Nümayişin məqsədi tələbələrin balet və xoreoqrafiya sənətinə marağının artırılması, estetik zövqün inkişaf etdirilməsi və yaradıcı dünyagörüşünün genişləndirilməsidir.

Bütün tələbələrimiz dəvət olunur.

Comments are disabled