24 dekabr 2025-ci il tarixində Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində “Yeni il səyahəti” adlı konsert-tamaşa proqramı keçirilib.
Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin şagirdləri və orta ixtisas təhsili pilləsinin tələbələri, həmçinin Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyorları çıxış ediblər. Konsert-tamaşa proqramında pərilər, dovşanlar, Cırtdan, Tıq-tıq xanım və digər nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı səhnə nümunələri təqdim olunub.
Tədbirdə BXA-nın rəhbərliyi, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də çoxsaylı qonaqlar iştirak ediblər.
Əsrarəngiz musiqi tərtibatı, zəngin dekorasiyalar və şagirdlərin peşəkar səhnə çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
Qeyd edək ki, konsert-tamaşa proqramının rejissoru Əməkdar artist Nicat Kazımov, bədii rəhbəri isə Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-zadədir.


