TEC⁃ Tələbələrə yönəlik layihələr, seminarlar, elmi festivallar və yarışların həyata keçirilməsi, tələbələri gələcək həyata hazırlayan təşkilat!
Bakı Xoreoqrafiya Akademiyasının Tələbə Elmi Cəmiyyəti, tələbələrin elmi tədqiqat və elmi-praktiki işlərinin təşkili və koordinasiyası üçün yaradılıb.
Bakı Xoreoqrafiya Akademiyası Tələbə Elmi Cəmiyyətinin məqsəd və vəzifələri:
⁃ Tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;
⁃ Elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının tabliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi;
⁃Tələbələrdə tədqiqatçılıq fəaliyyətinə elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması;
⁃ Elmi seminar va konfranslar, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminarlarını təşkil edilməsi.
Bakı Xoreoqrafiya Akademiyası Tələbə Elmi Cəmiyyətinin Sədr vəzifəsi seçkilərində iştirak üçün müraciətlərin qəbuluna elan verilir.
Bakı Xoreoqrafya Akademiyası Tələbə Elmi Cəmiyyətinə (TEC) sədrlik üçün namizədliyini verən tələbə və müəllimlərin platformalarını və tərcümeyi-hallarını təqdim edirik.
TEC sədri vəzifəsinə namizəd olaraq qeydiyyata alınan ərizələrin qəbulu 9-11 aprel tarixlərində davam edəcəkdir.
1. Səsvermə namizədliyi üçün müraciət ərizəsi;
2. Namizəd anketi;
3. Şəxsiyyət vəsiqəsi
4. Namizədin elmi nailiyyətlərini təsdiqləyən sənədlərin surətləri;
5. Müvəffəqiyyət dərəcəsi.