Yanvarın 13-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil və orta ixtisas təhsili pillələrinin şagird və tələbələri tərəfindən dünya balet incilərindən biri olan P.İ. Çaykovskinin “Şelkunçik” baleti nümayiş etdirilib.

Tamaşada Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də sənətsevərlər iştirak ediblər. Gənc balet artistlərinin peşəkar səviyyədə hazırladıqları çıxışlar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Səhnələşdirilən balet əsrarəngiz musiqisi, zəngin və estetik dekorasiyaları, həmçinin şagird və tələbə heyətinin yüksək ifa mədəniyyəti ilə yadda qalıb. Tamaşa Bakı Xoreoqrafiya Akademiyasında aparılan tədris və yaradıcılıq prosesinin uğurlu nəticələrini bir daha nümayiş etdirib.

Qeyd edək ki, konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanaraq uzun sürən alqışlarla müşayiət olunub.

Daha ətraflı:
https://www.youtube.com/watch?v=03kGgBvmLsE