1-3 noyabr 2023-cü il tarixində Türksoy və nəzdində yaradılan
TÜRKMEB, MÜZED tərəfindən, həmçinin Qazi Universiteti və Hacettepe Universiteti Ankara Dövlət Musiqi Konservatoriyasının birgə təşkil etdiyi IV Beynəlxalq İpək yolu Musiqi və Sənət konfransı keçirilib.
Konfrans çərçivəsində Türksoy binasında İpək Yolu Orkestri tərəfindən türk dünyası bəstəkarlarının əsərlərindən ibarət açılış konserti baş tutub. Konsertdə Azərbaycan, Türkiyə və Qazaxıstan bəstəkarlarının əsərlərindən nümunələr təqdim olunub.
Ardınca isə TÜRKSOY konfrans salonunda TÜRKMEB-ın iclası başlayıb.
İclasda TÜRKSOY-un baş katibi müavini Sayit Yusuf və konfrans rəhbəri Uğur Alpaqut çıxış edərək tədbir barədə ətraflı məlumat verib və belə bir tarixi günə görə iştirakçılara minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, TÜRKSOY çoxəsrlik dəyərləri özündə ehtiva edən çağdaş, klassik, milli və etno-ənənəvi musiqinin həm türk dünyasında tanıtmaq, həm də bütün dünyada beynəlxalq səviyyədə təqdimatı istiqamətində fəaliyyətini yorulmadan həyata keçirir.
Konfras 3 dildə – türk, Azərbaycan və ingilis dillərində aparılıb. Konfransda Türkiyənin aparıcı ali təhsil müəssisələrinin elm xadimləri, o cümlədən xarici dövlət nümayəndələri və tədbirin Azərbaycan üzrə koordinatoru Bakı Xoreoqrafiya Akademiyasının elmi katibi, elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova da iştirak edib.
Müxtəlif fikir mübadiləsi aparılan iclasda Hacıttepe Universiteti Ankara Dövlət Konservatoriyası ilə BXA arasında qarşılıqlı əməkdaşlığın təməli qoyulub. Belə ki, Ankara Dövlət Konservatoriyasının, həm orta ixtisas təsili, həm də baklalavriat pillələrində klassik və modern rəqslər üzrə ixtisaslar mövcuddur. Bu da iki akademiyanın gələcək fəaliyyətləri dövründə xoreoqrafiyanın inkişaf etdirilməsi, xoreoqrafiya tədrisinin daha da mükəmməl formada tədris olunması üçün əməkdaşlıq mübadiləsinin aparılması, yeni tədris vəsaitlərinin yaradılması və digər məsələlərdə önəmli yer tutacaq.
Fəxri qonaqlar arasında yer alan Beynəlxalq Musiqi Müəllimləri Birliyinin sədri Prof. Dr. Patrisia A. QonzaleS
s-Moreno türk dünyasının və Türkiyənin musiqi pedaqogikasında sözünü deyən ziyalılarla yanaşı, tədbirə onlayn formada qoşulan Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-zadə, müəllim və magistr pilləsinin tələbələrinin çıxışlqrı maraqla qarşılanıb.
Növbəti V Beynəlxalq Musiqi və Sənət Konfransı isə Şimali Kipr Türk Cumhuriyyıtindı keçirilməsi nəzərdə tutulub.