Bakı Xoreoqrafiya Akademiyası ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov imzalayıb.
Eyni zamanda, tərəflər arasında mədəniyyət sahəsində uzunmüddətli əməkdaşlıq, müştərək layihələrin həyata keçirilməsi, eləcə də yaradıcı birliklər daxil olmaqla ictimai təşkilatların xətti ilə əlaqələrin inkişafı müzakirə olunub.