Rusiyanın Çelyabinsk Dövlət Mədəniyyət İnstitutunun nümayəndə heyəti Bakı Xoreoqrafiya Akademiyasında (BXA) qonaq olub.
BXA-nın rəhbərliyi qonaqları qarşılayaraq onlara akademiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə gələcək  birgə əməkdaşlıq imkanları, ikili diplom və müəllim-tələbə mübadiləsi barədə müzakirə aparılıb.
Sonra Bakı Xoreoqrafiya Akademiyası ilə Çelyabinsk Dövlət Mədəniyyət İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma mərasimində BXA-nın rektoru vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-zadə, Çelyabinsk Dövlət Mədəniyyət İnstitutunun rektoru Sergey Sinetski, eləcə də hər iki ali təhsil müəssisəsinin tələbə-müəllim heyəti iştirak edib.
Memorandumda universitetlər arasında tələbə-müəllim mübadiləsi, birgə təhsil proqramlarının, ustad dərslərinin təşkili nəzərdə tutulub.