7

Aprelin 8-də Bakı Xoreoqrafiya Akademiyası (BXA) ilə Türkiyənin Ardahan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Görüşdə BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, əməkdar artist Nailə Məmməd-zadə, elm və yaradıcılıq işləri üzrə prorektor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Məmmədova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Çingiz Bağırov, Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu, xarici əlaqələr koordinatoru Doğan Saltaş və xüsusi katiblik müdürü Ferhat Uzunkaya, eləcə də mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov və Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə iş sektorunun müdiri Muraz Məmmədov iştirak edib.
Görüş çərçivəsində iki ali təhsil müəssisəsi arasında elm, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüşün sonunda isə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, tərəflər tələbə və müəllim mübadiləsi, beynəlxalq seminar və konfransların təşkili, eləcə də xoreoqrafiya və incəsənət sahəsində təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq edəcəklər.

Comments are disabled