Bakı Xoreoqrafiya Akademiyası tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində Beynəlxalq Rəqs Gününə həsr olunmuş “Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda II Beynəlxalq simpozium keçirilib.
Beynəlxalq simpoziumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Rusiya və Omandan olan məruzəçilər qatılıblar.
Tədbir çərçivəsində “Azərbaycan geyim və zinət əşyaları rəqs vasitəsilə tarixin yaddaşında”, “Türk halk oyunlarının oluşumunda Anadolu Türk kültürünün etkileri”, “Традиции и инновации в хореографическом образовании Узбекистана”, “Классические танцы на просторах индийского телевидения”, “Təsviri incəsənətdə rəqs nümunələri”, “Qədim rəqs və oyunların xalq tamaşalarının təkamülünə təsiri”, “Azərbaycan kinosunda milli rəqslərimizin ekran təcəssümü”, “Bədurə Əfqanlının yaradıcılığında milli rəqs geyimlərinin bədii tərtibatı”, “Настенная живопись “1000 Пещер” как объект артефакта развития уйгурской танцевальной культуры”, “Klassik xoreoqrafiya irsində balet janrı”, “Türkdilli xalqların milli rəqslərinin xüsusiyyətləri”, ”Fikrət Əmirovun “Nizami” baletinin melodik dramaturgiyası”, “Caz rəqsinin yaranması və təkamülü”, “ Сущность и социальная роль современного искусства Азербайджана” və s. mövzular üzrə elmi çıxışlar olub.
İki gün davam edən beynəlxalq tədbirin sonunda məruzələrlə çıxış edən iştirakçılar Bakı Xoreoqrafiya Akademiyası tərəfindən Sertifikatlarla mükafatlandırılıblar.