Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər davam edir.
Növbəti tədbirlərdən biri olaraq, akademiyanın müəllim-tələbə heyəti tərəfindən ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının həyətinə müxtəlif növ ağac və güllər əkilib.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji aksiyaların davam etdirilməsi nəzərdə tutulub.